Əsas Səhifə > Dünya idmanı > Dibala bu klubun onunla maraqlandığını təsdiqlədi
Dibala bu klubun onunla maraqlandığını təsdiqlədi24-04-2021, 12:11 |
“ Yuventus"un hücumçusu Paulo Dibala "Atletiko"nun onunla maraqlandığını söyləyib. BrendSport.az AS-a istinadən xəbər verir ki, argentinalı hücumçu Madrid təmsilçisininin nümayəndələrinin ona zəng etdiyini deyib: “Atletiko" birbaşa deyil, agentim vasitəsi ilə mənə zəng etdi. Vəziyyətlə tanış olmaq üçün əlaqə saxladılar, çünki danışıqlar 3 gün çəkə bilər və ya 6 ay uzana bilər. Alvaro Morata mənə "Atletiko", Madrid, azarkeşlər haqqında çox şey danışdı. “Atletiko” bu gün böyük bir klubdur". Qeyd edək ki, Dibala 2015-ci ildən "Yuventus" da oynayır. Bu mövsüm 27 yaşlı argentinalı futbolçu İtaliya çempionatının 15 matçında iştirak edib, 3 qol vurub və 2 qol ötürməsi verib. Geri qayıt |