Əsas Səhifə > Dünya idmanı > Baş məşqçiliyə ən gənc yaşda başlayanlar: - MARAQLI ARAŞDIRMA
Baş məşqçiliyə ən gənc yaşda başlayanlar: - MARAQLI ARAŞDIRMA22-04-2021, 09:54 |
Avropanın yüksək reytinqli 15 liqasında baş məşqçi kimi fəaliyyət göstərən ən gənc mütəxəssislərin adları açıqlanıb. BrendSport.az xəbər verir ki, “Tottenhem”ə mövsümün sonuna qədər müvəqqəti baş məşqçi təyin olunan Rayan Meyson siyahıda 4-cü pillədədir. Meyson bununla Premyer Liqa tarixinin ən gənc çalışdırıcısı ünvanına yiyələnib. Ancaq bu peşəyə ondan da erkən yaşda başlayanlar var. Siyahıya bu ilin yanvarında Belçika təmsilçisi “Beerşot”a gətirilən Uilyam Still başçılıq edir. “10-luq”da yer alan mütəxəssislər arasında yaxın keçmişdə Uilyam Still Belçika, Yulian Naqelsmann Almaniya, Françesko Farioli isə Türkiyə yüksək liqası tarixinin ən gənc baş məşqçisi ünvanına sahib olub. Ən reytinqli 15 liqada baş məşqçiliyə ən gənc yaşda başlayanlar: 1. Uilyam Still (“Beerşot”) - 28 yaş 3 ay 6 gün 2. Yulian Naqelsmann (“Hoffenhaym”) - 28 yaş 6 ay 21 gün 3. Gilyermo Abaskal (“Luqano”) - 29 yaş 1 gün 4. Rayan Meyson (“Tottenhem”) - 29 yaş 10 ay 8 gün 5. Yan Katro (“Harts”) - 30 yaş 4 ay 29 gün 6. Robert Maaskant (“Rozendal”) - 31 yaş 7 ay 10 gün 7. Qunter Yakob (“Mexelen”) - 31 yaş 8 ay 2 gün 8. Yannik Ferrera (“Şarlerua”) - 31 yaş 10 ay 4 gün 9. Domeniko Tedesko (“Şalke”) - 31 yaş 11 ay 7 gün 10. Françesko Farioli (“Fatih Karagümrük”) 31 yaş 11 ay 24 gün Geri qayıt |