Əsas Səhifə > Dünya idmanı > "Fənərbaxça"da ciddi itki - Avropa çempionatını da buraxacaq
"Fənərbaxça"da ciddi itki - Avropa çempionatını da buraxacaq18-04-2021, 16:18 |
"Fənərbaxça" ciddi itki ilə üzləşib. BrendSport.az xəbər verir ki, komandanın qapıçısı Altay Bayındır zədələnib. Məşq zamanı əlindən ağır xəsarət alan 23 yaşlı qolkiper tibbi müayinədən keçib. Biləyində sınıq aşkarlanan əlcək sahibi əməliyyat edilib. Gənc qapıçı ən azı 2-3 ay yaşıl meydanlardan uzaq qalacaq. Onun Avropa çempionatında Türkiyə millisinə kömək etməyəcəyi dəqiqləşib. Geri qayıt |