Əsas Səhifə > Dünya idmanı > Devis Kubokunun final turniri Madrid, Turin və İnsbruk şəhərlərində keçiriləcək

Devis Kubokunun final turniri Madrid, Turin və İnsbruk şəhərlərində keçiriləcək


12-04-2021, 19:30



Bu il keçiriləcək tennis üzrə Devis Kubokunun final turniri İspaniyanın Madrid, İtaliyanın Turin və Avstriyanın İnsbruk şəhərlərində baş tutacaq.

BrendSport.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Turnirin qrup və dörddəbir final mərhələlərinin oyunları hər üç şəhərdə keçiriləcək, Madrid yarımfinal və final yarışlarına ev sahibliyi edəcək.

Yarış noyabrın 25-də başlayacaq və 11 gün davam edəcək.
Geri qayıt