Əsas Səhifə > Dünya idmanı > Aryen Robben 6 aylıq fasilədən sonra meydana çıxıb

Aryen Robben 6 aylıq fasilədən sonra meydana çıxıb


12-04-2021, 19:25


Niderlandın “Qroningen” klubunun yarımmüdafiəçisi Aryen Robben 6 aylıq fasilədən sonra meydana çıxıb.

BrendSport.az xəbər verir ki, futbolçu Erediviziyanın 29-cu turunda “Herenven”lə görüşdə iştirak edib. Otuz yeddi yaşlı yarımmüdafiəçi matçın ikinci hissəsinin sonlarında meydana daxil olub.

Qeyd edək ki, Robben keçən ilin oktyabrın ortalarından indiyədək zədə səbəbindən oyunlarda iştirak etməyib. 2019-cu ilin yayında A.Robben karyerasını bitirdiyini elan edib. Amma 1 il sonra yenidən futbola qayıtmağı qərara alıb.


Geri qayıt