Əsas Səhifə > Dünya idmanı > “DÇ-2022”nin seçmə mərhələsində birinci turun oyunları yekunlaşıb
“DÇ-2022”nin seçmə mərhələsində birinci turun oyunları yekunlaşıb25-03-2021, 08:48 |
BrendSport.az xəbər verir ki, G qrupunda Türkiyə millisi evdə Niderlandı 4:2 hesabı ilə məğlub edib. "Ay-ulduzlular"ın heyətində Burak Yılmaz het-trik edib. Otuz altı yaşlı hücumçu 15, 34 və 81-ci dəqiqələrdə fərqlənib. Digər qolu 46-cı dəqiqədə Hakan Çalhanoğlu vurub. Qonaqlardan isə 75-ci dəqiqədə Devi Klaassen və 77-ci dəqiqədə Lük de Yonq adlarını tabloya yazdırıb. Millimiz İtaliyanın Turin şəhərindəki "Yuventus" stadionunda Portuqaliya yığması ilə qarşılaşıb. Görüş millimizin 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Millimizin kapitanı Maksim Medvedev avtoqol müəllifi olub. Xatırladaq ki, yığma komandamız seçmə mərhələnin "A" qrupunda Portuqaliya millisi ilə yanaşı, Serbiya, İrlandiya və Lüksemburq komandaları ilə mübarizə aparacaq. Yığmamız növbəti oyununu martın 30-da Bakıda Serbiya seçməsinə qarşı keçirəcək. Günün bütün görüşlərində aşağıdakı hesablar qeydə alınıb: A qrupu Portuqaliya - Azərbaycan - 1:0; Serbiya - İrlandiya - 3:2. D qrupu Finlandiya - Bosniya və Herseqovina - 2:2; Fransa - Ukrayna - 1:1. E qrupu Belçika - Uels - 3:1; Estoniya - Çexiya - 2:6. G qrupu Türkiyə - Niderland - 4:2; Cəbəllütariq - Norveç - 0:3; Latviya - Monteneqro - 1:2. H qrupu Kipr - Slovakiya - 0:0; Malta - Rusiya - 1:3; Sloveniya - Xorvatiya - 1:0. Qeyd edək ki, sabah seçmə mərhələdə daha 13 görüş gerçəkləşəcək. Geri qayıt |