Əsas Səhifə > Dünya idmanı > Fransanın PSJ klubunun yeni baş məşqçisi məlum olub

Fransanın PSJ klubunun yeni baş məşqçisi məlum olub


28-12-2020, 18:46
Fransanın PSJ klubunun yeni baş məşqçisi məlum olub

BrendSport.az xəbər verir ki, Paris təmsilçisi Maurisio Poçettino ilə müqavilə imzalayıb.
“Sky Sports”un jurnalisti Fabritsio Romano “Twitter” hesabında PSJ-nin 48 yaşlı argentinalı ilə rəsmi sözləşmə imzaladığını açıqlayıb. Müqavilənin detalları isə hələ məlum deyil.
PSJ-nin Poçettinonun təyinatını yaxın zamanda açıqlaması gözlənilir.
Paris təmsilçisi əvvəlki baş məşqçisi Tomas Tuxelin postundan ayrıldığını da hələ rəsmi olaraq açıqlamayıb. Ancaq parislilərin bir neçə futbolçusu sosial şəbəkə hesablarında artıq Tuxellə vidalaşıb.
Geri qayıt