Əsas Səhifə > Dünya idmanı > 2020-ci ildə ən çox qol vuran futbolçu
2020-ci ildə ən çox qol vuran futbolçu25-12-2020, 22:27 |
UEFA 2020-ci ildə müxtəlif turnirlərdə ən çox qol vuran futbolçunun adını açıqlayıb. BrendSport.az turnirin rəsmi saytına istinadən xəbər verir ki, bu, “İnter”in hücumçusu Romelu Lukakudur. O, cari ildə UEFA-nın bayrağı altında keçirilən turnirlərdə ümumilikdə 16 qol vuraraq, digər futbolçuları qabaqlayıb. Belçikalı futbolçu bunlardan 7-ni Avropa Liqasında, 4-nü Çempionlar Liqasında, 5-ni isə Millətlər Liqasında vurub. Geri qayıt |