Əsas Səhifə > Dünya idmanı > “Qarabağ”-“Vilyarreal” matçını çexiyalı hakimlər briqadası idarə edəcək
“Qarabağ”-“Vilyarreal” matçını çexiyalı hakimlər briqadası idarə edəcək28-10-2020, 08:10 |
Ağdamın “Qarabağ” klubu İspaniyanın “Vilyarreal” komandasına qarşı keçirəcəyi UEFA Avropa Liqasının I qrupunun ikinci turunun oyunu üçün hakim təyinatlar açıqlanıb. BrendSport.az xəbər verir ki, qarşılaşma Çexiyadan olan hakimlər briqadasına həvalə edilib. Matçın baş hakimi Pavel Orel olacaq. Ona Petr Blajey və İrji Krjij kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Andrey Peçanets yerinə yetirəcək. Matçın hakim-inspektoru gürcüstanlı Levan Paniaşvili, UEFA nümayəndəsi isə ukraynalı Anna Bordiuqova olacaq. Qeyd edək ki, “Qarabağ”-“Vilyarreal” matçı oktyabrın 29-da İstanbuldakı “Başakşehir Fatih Terim” stadionunda keçiriləcək. Geri qayıt |