Əsas Səhifə > Dünya idmanı > UEFA Millətlər Liqası: Azərbaycan və Kipr yığmalarının start heyətləri açıqlanıb

UEFA Millətlər Liqası: Azərbaycan və Kipr yığmalarının start heyətləri açıqlanıb


13-10-2020, 18:41
UEFA Millətlər Liqası: Azərbaycan və Kipr yığmalarının start heyətləri açıqlanıb


Oktyabrın 13-də futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasının 2020/2021-ci il mövsümündə dördüncü oyununu keçirəcək.
BrendSport.az
xəbər verir ki, millimiz Kipr yığması ilə qarşılaşacaq. Ermənistan ordusunun Azərbaycana qarşı genişmiqyaslı hərbi təxribatları ilə əlaqədar oyun neytral meydanda - Albaniyadakı Elbasan şəhər stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Komandaların matç üçün start heyətləri açıqlanıb.
Azərbaycan millisinin heyətində meydana Şahrudin Məhəmmədliyev, Bəhlul Mustafazadə, Elvin Bədəlov, Abbas Hüseynov, Azər Salahlı, Anton Krivotsyuk, Qara Qarayev, İsmayıl İbrahimli, Ramil Şeydayev, Rəhim Sadıxov və Vüqar Mustafayev çıxacaqlar.
Kipr komandasının ilk onbirliyində isə Dimitris Dimitriou, Xristos Uiler, Konstantinos Laifis, Andreas Karo, Minas Antoniu, Qriqoris Kastanos, Kostakis Artimatas, Xaralambos Kiriaku, Marinos Tzionis, Dmitris Kristofi və Pieros Sotiryu yer alıblar.
Oyunu Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Fran Yoviç olacaq. Ona İviça Modriç və Hrvoje Radiç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mario Zebec yerinə yetirəcək.
Bunadək qrupda keçirdiyi 3 oyunda 1 qələbə qazanıb, 2 dəfə məğlub olan yığmamız 3 xalla üçüncü pillədə qərarlaşıb. Kiprlilərin isə xalı yoxdur. Azərbaycan millisi yeganə qələbəsini ikinci turda səfərdə Kipr üzərində əldə edib - 1:0.
Geri qayıt