Əsas Səhifə > Dünya idmanı > UEFA Ermənistandakı Avropa Liqası matçının yerini dəyişdirdi

UEFA Ermənistandakı Avropa Liqası matçının yerini dəyişdirdi


30-09-2020, 12:48


UEFA Avropa Liqasının pley-off mərhələsinində Ermənistanın "Ararat Armenia" və Serbiyanın "Srvena Zvezda" komandaları arasında keçiriləcək oyunun yerini dəyişdirib.

BrendSport.az xəbər verir ki, qitə futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, qarşılaşma oktyabrın 1-də Kiprin paytaxtı Nikosiyadakı GSP stadionunda təşkil olunacaq. Matç Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Qeyd edək ki, hazırda Ermənistanda hərbi rejim hökm sürür. Oyunun keçirilməsi üçün alternativ yer bununla əlaqədar tapılıb.
Geri qayıt