Əsas Səhifə > Dünya idmanı > Mayk Tayson xeyriyyə məqsədi ilə Antoni Coşua ilə rinqə çıxmağa razılaşıb
Mayk Tayson xeyriyyə məqsədi ilə Antoni Coşua ilə rinqə çıxmağa razılaşıb24-09-2020, 18:31 |
Boks üzrə sabiq dünya çempionu amerikalı Mayk Tayson xeyriyyə məqsədi ilə britaniyalı Antoni Coşua ilə rinqə çıxmağa razı olduğunu bildirib. BrendSport.az xəbər verir ki, bu barədə M.Tayson “TMZ” portalına müsahibəsində bildirib. Qeyd edək ki, əfsanəvi boksçu Mayk Taysonla Roy Cons arasında noyabrın 28-də döyüş keçiriləcək. Əlli üç yaşlı M.Tayson karyerası ərzində 58 döyüş keçirib. Onların 50-də qələbə (44-ü nokautla) qazanan dünya şöhrətli boksçu 6 qarşılaşmadan məğlub ayrılıb. R.Consun hesabında 47-si nokautla olmaqla 66 qələbə var. A.Coşua isə 23 qələbə (21 nokautla) və bir məğlubiyyətə sahibdir. Geri qayıt |