Əsas Səhifə > Dünya idmanı > Şose velosipedi üzrə 2020-ci il dünya çempionatı İtaliyada keçiriləcək

Şose velosipedi üzrə 2020-ci il dünya çempionatı İtaliyada keçiriləcək


3-09-2020, 02:11
Şose velosipedi üzrə 2020-ci il dünya çempionatı İtaliyada keçiriləcək


Əvvəlcə İsveçrədə keçirilməsi planlaşdırılan şose velosipedi üzrə 2020-ci il dünya çempionatı sentyabrda İtaliyada baş tutacaq.
BrendSport.az xəbər verir ki, bu barədə Beynəlxalq Velosipedçilər İttifaqının mətbuat xidməti məlumat yayıb.
Dünya çempionatı sentyabrın 24-27-də İmola və Emilia-Romagna bölgələrində keçiriləcək. Bundan əvvəl İsveçrə epidemioloji vəziyyətə görə yarışı keçirməkdən imtina etmişdi.
Dünya çempionatının proqramı qısaldılıb. Belə ki, yeniyetmələrin iştirak etdiyi yarışlar ləğv edilib.
Geri qayıt