Əsas Səhifə > Dünya idmanı > Ölkəmizi UEFA Avropa Liqasında təmsil edəcək klublarımızın rəqibləri bəlli olub

Ölkəmizi UEFA Avropa Liqasında təmsil edəcək klublarımızın rəqibləri bəlli olub


10-08-2020, 21:06


2020/2021-ci il mövsümündə Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək klublarımızın rəqibləri müəyyənləşib.

BrendSport.az xəbər verir ki, mübarizəyə birinci təsnifat mərhələsindən başlayacaq “Neftçi” Şimali Makedoniyanın “Şkupi”, “Sumqayıt” Şimali Makedoniyanın digər təmsilçisi “Şkendiya”, “Keşlə” isə Albaniyanın “Laçi” komandası ilə qarşılaşacaq.

Püşkatmaya əsasən təmsilçilərimiz oyunlarını öz meydanında keçirəcəklər.

COVID-19 pandemiyası ilə əlaqədar bir oyundan ibarət olacaq qarşılaşmalar avqustun 27-də keçiriləcək.
Geri qayıt