Əsas Səhifə > Dünya idmanı > Azərbaycan millisinin sabiq üzvü Almaniya klubuna keçdi
Azərbaycan millisinin sabiq üzvü Almaniya klubuna keçdi16-07-2020, 14:01 |
Azərbaycan millisinin sabiq futbolçusu Tuğrul Eratın yeni klubu bəlli olub. BrendSport.az "Media-sportservice" nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Almaniyanın Regional Liqasında çıxış edən "Rot-Vayss" komandası ilə anlaşıb. Klubun idman direktoru Patrik Bauder oyunçunun keçidi barədə danışıb. O, Eratın təcrübəsi sayəsində gənclərə yol göstərəcəyini və aparıcı futbolçulardan birinə çevriləcəyini söyləyib. Qeyd edək ki, Tuğrul Erat Azərbaycan millisinin heyətində 4 oyunda meydanda olub. O, son olaraq, Türkiyənin "Bayrampaşa" klubunun formasını geyinib. Geri qayıt |