Əsas Səhifə > Dünya idmanı > “Fənərbağça” yarımmüdafiə xəttində ciddi itki ilə üzləşib

“Fənərbağça” yarımmüdafiə xəttində ciddi itki ilə üzləşib


29-06-2020, 15:01


Türkiyənin “Fənərbağça” futbol klubu yarımmüdafiə xəttində ciddi itki ilə üzləşib.

BrendSport.az xəbər verir ki, İstanbul təmsilçisinin futbolçusu Mehmet Ekici zədələnib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Superliqanın 29-cu turunun “Yeni Malatyaspor”la matçın 76-cı dəqiqəsində (3:2) zədələnən 30 yaşlı yarımmüdafiəçinin 3-4 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Qeyd edək ki, M.Ekici cari mövsümdə “Fənərbağça”nın heyətində 9 oyunda iştirak edib.
Geri qayıt