Əsas Səhifə > Dünya idmanı > Çempionlar Liqası: “Yuventus” və “Lion” klubları arasında cavab matçı avqustun 7-də keçiriləcək
Çempionlar Liqası: “Yuventus” və “Lion” klubları arasında cavab matçı avqustun 7-də keçiriləcək11-05-2020, 00:12 |
Çempionlar Liqası turnirində İtaliyanın “Yuventus” və Fransanın “Lion” klubları arasında 1/8 final mərhələsinin cavab oyunu avqustun 7-də Turində tamaşaçı olmadan keçiriləcək. BrendSport.az Football Italia portalına istinadla xəbər verir ki, bunu Fransa komandasının prezidenti Jan-Mişel Ola bildirib. UEFA Liqasının oyunları koronavirus pandemiyası səbəbindən mart ayında dayandırılıb. Həmin vaxtadək 1/8 final çərçivəsində “Yuventus”-“Lion”, “Bavariya”–“Çelsi”, “Mançestr Siti”-“Real Madrid”, “Barselona”-“Napoli” cütlükləri yalnız ilk matçları keçirib. Lion” öz meydançasında “Yuventus” klubuna 1:0 hesabı ilə qalib gəlib. Geri qayıt |