Əsas Səhifə > Dünya idmanı > “9 hücumçu ilə oynayacağıq”

“9 hücumçu ilə oynayacağıq”


13-10-2017, 22:58


“Mançester Yunayted”in baş məşqçisi Jose Mourinyo İngiltərə Premyer liqasının 8-ci turunda “Liverpul”la matçdan öncə keçirilən mətbuat konfransında jurnalistin sualına əsəbiləşib.

Britaniya mətbuatının yaydığı xəbərə görə, jurnalistin verdiyi “Sabahki matça müdafiəyə meyilli heyətlə çıxacaqsınız” sualına əsəbiləşən portuqaliyalı mütəxəssis belə cavab verib:

“Bir müdafiəçi və doqquz hücumçu ilə oynayacağıq. Heç kim narahat olmasın”.

Qeyd edək ki, “Liverpul” – “Mançester Yunayted” oyunu sabah, Bakı vaxtı ilə 15:30-da start götürəcək.
Geri qayıt