Əsas Səhifə > Dünya idmanı > Bakıda idman gimnastikası üzrə dünya kuboku yarışları davam edir
Bakıda idman gimnastikası üzrə dünya kuboku yarışları davam edir13-03-2020, 14:51 |
Milli Gimnastika Arenasında “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakterli idman gimnastikası üzrə dünya kuboku yarışları davam edir. BrendSport.az xəbər verir ki, yarışda ölkəmizi Murad Ağarzayev, Ağamurad Qəhrəmanov, İvan Tixonov, Cavidan Babayev, Marina Nekrasova və Samirə Qəhrəmanova təmsil edirlər. Dördgünlük yarışın ilk iki günü təsnifat, sonrakı iki günü isə final mərhələləri baş tutacaq. Turnirdə, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq. AZƏRTAC Geri qayıt |