Əsas Səhifə > Dünya idmanı > Düsseldorf 2023-cü ildə stolüstü tennis üzrə dünya çempionatına ev sahibliyi edəcək
Düsseldorf 2023-cü ildə stolüstü tennis üzrə dünya çempionatına ev sahibliyi edəcək25-02-2020, 18:47 |
Stolüstü tennis üzrə dünya çempionatı 2023-cü ildə Almaniyada keçiriləcək. BrendSport.az xəbər verir ki, dünyanın ən güclü stolüstü tennisçilərinin yarışacağı bu nüfuzlu yarış Almaniyanın Düsseldorf şəhərində təşkil ediləcək. Qeyd edək ki, dünya çempionatına ev sahibliyi hüququ uğrunda üç qitədən üç şəhər mübarizə aparıb. Düsseldorf Melburn və Durban şəhərlərini üstələyərək ev sahibliyi hüququnu əldə edib. Xatırladaq ki, dünya çempionatları ən çox Avropada keçirilib. Sonuncu dünya çempionatı 2019-cu ildə Macarıstanın paytaxtı Budapeştdə təşkil edilib. Bununla belə, son vaxtlar dünya çempionatının coğrafiyasını genişləndirmək tendensiyası müşahidə olunur. Gələn il - 2021-ci ildə turnir ilk dəfə ABŞ-ın Hyuston şəhərində keçiriləcək. Geri qayıt |