Əsas Səhifə > Dünya idmanı > La Liqa rəhbərliyi “Barselona”ya transfer etmək üçün 15 gün əlavə vaxt verib
La Liqa rəhbərliyi “Barselona”ya transfer etmək üçün 15 gün əlavə vaxt verib17-02-2020, 21:10 |
İspaniyanın “Barselona” klubuna transfer etmək üçün 15 gün əlavə vaxt verilib. BrendSport.az xarici KİV-lərə istinadla xəbər verir ki, buna La Liqanın tibbi komissiyasının rəhbərliyi klubun bir neçə oyunçusunun zədələndiyindən sonra icazə verib. İspaniya La Liqasının 24-cü turunda “Barselona”nın hücumçusu Osman Dembele altı aylıq zədələnib. Ondan bir müddət əvvəl isə əsas qol silahı sayılan uruqvaylı Luis Suares sıradan çıxmışdı. Bu futbolçular cari mövsümün sonunadək klublarına kömək edə bilməyəcəklər. İspaniya mətbuatının yaydığı məlumata görə, bu müddət ərzində Kataloniya təmsilçisi “Leqanes” klubunun hücumçusu Martin Breytueti transfer etmək niyyətindədir. Ondan əlavə klubun maraq dairəsində Anxel Koresi (“Xetafe”) və Lukas Peres (“Deportivo Alaves”) də var. Geri qayıt |