Əsas Səhifə > Dünya idmanı > Pyetro Fittipaldi Super Formula yarışlarına qayıdır
Pyetro Fittipaldi Super Formula yarışlarına qayıdır12-12-2019, 18:20 |
2019-cu ildə Formula 1-in “Haas” komandası ilə sınaq pilotu qismində əməkdaşlıq etmiş Pyetro Fittipaldi növbəti ildə Yaponiyada keçirilən Super Formula seriyasına qayıdacaq. O, “B-Max Racing/Motopark” komandasında çıxış edəcək. BrendSport.az xəbər verir ki, ikiqat dünya çempionu Emerson Fittipaldinin nəvəsi olan 23 yaşlı braziliyalı pilot yüksək rəqabət şəraitində keçən bu seriyada təkcə əlavə yürüş praktikası əldə etmək deyil, həm də Beynəlxalq Avtomobil Federasiyasının (FIA) super lisenziyasını qazanmaq üçün zəruri ballar toplamaq niyyətindədir. Pyetro 2017-ci ildə Formula V8 3.5 dünya seriyasında çempion titulunu qazanıb və 2018-ci ildə mövsümün tamamını Super Formula seriyasında keçirməyi planlaşdırıb. Lakin o, paralel olaraq WEC çempionatına da qatılıb. 2018-ci ilin mayında DragonSpeed komandasında çıxış edərkən pilot Spa təsnifatında ciddi qəzaya uğrayıb və hər iki ayağı sınıb. Beləliklə, pilot cəmi bir yürüşdə iştirak etdiyi Yaponiya seriyası ilə bağlı planlarını reallaşdıra bilməyib. Fittipaldi zədələri sağaldıqdan sonra 2018-ci il mövsümünün sonunda İndyCar yarışlarında bir neçə yürüş keçirib, lakin 2019-cu ildə DTM kuzov seriyasına keçərək, onu “Haas” komandasında sınaq pilotu funksiyası ilə birləşdirib. Braziliyalı pilot bildirib ki, yeni kontrakt imzalamaq onu çox məmnun edib və dünyanın ən sürətli yürüş seriyalarından birində iştirak etmək onu sevindirir. Pyetro hazırlıq prosesində Asiya üzrə Formula 3 yürüşündə də iştirak edəcək. Geri qayıt |