Əsas Səhifə > Dünya idmanı > “Sevilya”-“Qarabağ” oyununu İsveçdən olan hakimlər briqadası idarə edəcək

“Sevilya”-“Qarabağ” oyununu İsveçdən olan hakimlər briqadası idarə edəcək


27-11-2019, 12:17


Noyabrın 28-də UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinin beşinci turu çərçivəsində keçiriləcək “Sevilya” (İspaniya) - “Qarabağ” matçının hakim təyinatları açıqlanıb.

BrendSport.az xəbər verir ki, qarşılaşma İsveçdən olan hakimlər briqadasına tapşırılıb. Oyunun baş hakim Məhəmməd Əl-Hakimi olacaq.

Sevilya şəhərindəkı “Xuan Sançes Pisxuan” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

A qrupunun digər oyununda Lüksemburqun “Düdelanj” klubu öz meydanında Kiprin APOEL komandasını qəbul edəcək.

Dörd turdan sonra aktivində 12 xal olan “Sevilya” turnir cədvəlində birinci pillədə qərarlaşıb. Aktivlərində dörd xal olan APOEL və “Qarabağ” ikinci və üçüncü yerləri bölüşürlər. “Düdelanj” isə üç xalla sonuncu - dördüncü yerdə qərarlaşıb.
Geri qayıt