Əsas Səhifə > Dünya idmanı > Samboçularımız dünya birinciliyində 4 medal qazanıblar

Samboçularımız dünya birinciliyində 4 medal qazanıblar


18-10-2019, 18:26


Özbəkistanın Daşkənd şəhərində yeniyetmə və gənclər arasında sambo üzrə dünya birinciliyi keçirilib.

Brendsport.az xəbər verir ki, Azərbaycan milli komandası mötəbər yarışda 4 medal qazanıb. Belə ki, Elvin Bağırov (56 kq), Kənan İsmayilov (60 kq), Hacıbala Cəbrayılov (70 kq) və Toğrul Salmanov (87 kq-dan yuxarı) fəxri kürsünün üçüncü pilləsində yer alıblar.
Geri qayıt