Əsas Səhifə > Dünya idmanı > “Avro 2020” seçmə mərhələsinin dördüncü turuna start verilib

“Avro 2020” seçmə mərhələsinin dördüncü turuna start verilib


11-06-2019, 09:22



İyunun 10-da “Avro 2020”nin seçmə mərhələsi çərçivəsində dördüncü turun oyunları keçirilib.

BrendSport.az xəbər verir ki, turun ilk oyun günündə 12 qarşılaşma oynanılıb. Görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb:

A qrupu

Çexiya - Monteneqro - 3:0;

Bolqarıstan - Kosovo - 2:3.

Qrupdakı vəziyyət: İngiltərə - 6 (2 oyuna), Çexiya - 6 (3), Kosovo – 6 (3), Bolqarıstan – 2 (4), Monteneqro - 2 (4).

B qrupu

Ukrayna - Lüksemburq - 1:0;

Serbiya - Litva - 4:1.

Qrupdakı vəziyyət: Ukrayna – 10 (4 oyuna), Lüksemburq – 4 (4), Serbiya - 4 (3), Portuqaliya – 2 (2), Litva – 1 (3).

D qrupu

İrlandiya - Cəbəllütariq - 2:0;

Danimarka - Gürcüstan - 5:1.

Qrupdakı vəziyyət: İrlandiya – 10 (4 oyuna), Danimarka – 5 (2), İsveçrə - 4 (2), Gürcüstan – 3 (4), Cəbəllütariq – 0 (3).

F qrupu

İspaniya - İsveç - 3:0;

Malta - Rumıniya - 0:4;

Farer adaları - Norveç - 0:2.

Qrupdakı vəziyyət: İspaniya – 12 (4 oyuna), İsveç – 7, Rumıniya – 7 (4), Norveç - 5 (4), Malta - 3 (4), Farer adaları - 0 (4).

G qrupu

Polşa - İsrail - 4:0;

Latviya - Sloveniya - 0:5;

Makedoniya - Avstriya - 1:4.

Qrupdakı vəziyyət: Polşa - 12 (4 oyuna), İsrail - 7, Avstriya - 6 (4), Sloveniya - 5 (4), Makedoniya - 4 (4), Latviya - 0 (4).
Geri qayıt