Əsas Səhifə > Dünya idmanı > “Arsenal”ın beş oyunluq məğlubiyyətsizlik seriyası Bakıda davam edəcəkmi?
“Arsenal”ın beş oyunluq məğlubiyyətsizlik seriyası Bakıda davam edəcəkmi?25-05-2019, 14:04 |
Bakıda mayın 29-da UEFA Avropa Liqasının final oyunu baş tutacaq. UEFA Avropa Liqasının final tarixində ilk dəfə eyni şəhərin təmsilçiləri üz-üzə gələcək. Londonun iki nəhəng klubu “Çelsi” və “Arsenal” qarşılaşacaq. BrendSport.az bununla əlaqədar hər iki klubun tarixi və faktlarını oxucuların diqqətinə çatdırır. 2011-ci ildə UEFA Avropa Liqasının finalına tarixdə ilk dəfə eyni ölkənin komandaları vəsiqə qazanmışdı. Həmin tarixdə Portuqaliyanın klubları “Braqa” və “Porto” üz-üzə gəliblər. Dublində baş tutan görüşdə “Braqa” minimal hesabla qalib gəlmişdi – 1:0. Bir il sonra tarix yenidən təkrarlandı. İspaniyanın “Atletiko Madrid” klubu Buxarestdə “Atletik Bilbao” komandasının qapısında üç cavabsız top keçirdi. “Bakı-2019” finalı bununla da, əlamətdardır ki, bu 8 illik tilsim qırılacaq. Cari mövsüm UEFA Avropa Liqasında “Çelsi” keçirdiyi 14 görüşdə 11-də qalib, 3-də isə meydanı heç-heçə ilə tərk edib. Play-mərhələsində “Malmö” (İsveç), “Dinamo” (Ukrayna) və “Slaviya”nı (Çexiya) mübarizədən kənarlaşdıran “Çelsi” yarımfinalda əziyyət çəkməli olublar. Belə ki, iki oyunun nəticəsinə əsasən, Almaniyanın “Ayntraxt” klubu ilə səfərdə 1:1 heç-heçə edib. Penalti seriyasında üstün olan “Çelsi”nin qapıçısı Kepa Arinsabalaqa komandasının Bakı finalına çıxmaqda böyük rol oynayıb. “Çelsi” həmçinin tarixində ikinci dəfə UEFA Avropa Liqasında mübarizə aparır. Hər iki iştirakında klub ikinci dəfə finalda oynamaq şansı qazanıb. 2013-cü ildə Amsterdamda yerləşən eyniadlı stadionunda təşkil olunan final görüşündə “Çelsi” Portuqaliyanın “Benfika” komandasını məğlub edib – 1:0. 32 qol vuran “Çelsi” həmçinin cari mövsüm turnirdə ən məhsuldar komanda olub. Maurissio Sarrinin yetirmələri finalda 5 qol vuracağı halda 2012-2013-cü il mövsümündə “Porto”nun rekordunu təkrarlayan komanda olacaq. “Arsenal” Bakıya beş oyunluq məğlubiyyətsizlik fonunda gəlir. İngilislər “Qarabağ”a eyni qrupda mübarizə apararaq çətinlik çəkmədən qrupdan növbəti mərhələyə çıxıb. Onaltıdabir finalda səfərdə BATE-yə, səkkizdəbir finalda isə “Renn”ə (Fransa) məğlub olan “Arsenal” ev oyunlarında hər iki komandanı məğlub edərək Bakı finalına daha da yaxınlaşıb. Buna baxmayaraq, “Arsenal” dörddəbir və yarımfinalda iki iddialı klubları “Napoli” (İtaliya) və “Valensiya”nı (İspaniya) hər iki görüşdə məğlub edib. “Çelsi” İngiltərə Premyer Liqasının bürünc mükafatçısı olduğundan 2019-2020-ci il mövsümündə ölkəsini UEFA Çempionlar Liqasında təmsil edəcək, lakin beşinci yer tutan “Arsenal” UEFA Çempionlar Liqasına vəsiqə qazanmaq üçün Bakı finalında mütləq qələbə qazanmalıdır və bu görüş klub üçün böyük önəm kəsb edir. Xatırladaq ki, UEFA Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü İtaliyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş arbitri italiyalı Canluka Rokki olacaq. Ona Filippo Meli və Lorenso Manqanelli kömək edəcəklər. Dördüncü arbitr kimi Daniele Orsato təyin edilib. Həlledici qarşılaşmada VAR (arbitrlərə videokömək) sistemindən istifadə ediləcək. Bundan əvvəl VAR sistemindən Çempionlar Liqasının pley-off matçlarında istifadə edilib. Geri qayıt |