Əsas Səhifə > Dünya idmanı > Pele San-Puladakı xəstəxanadan evə buraxılıb
Pele San-Puladakı xəstəxanadan evə buraxılıb16-04-2019, 15:12 |
Braziliyanın San-Paulu şəhərindəki Albert Eynşteyn adına xəstəxananın saytında dərc edilmiş məlumata görə, futbol üzrə Braziliya yığma komandasının heyətində üçqat dünya çempionu Pele şənbə günü böyrək daşının çıxarılması əməliyyatından sonra bazar ertəsi xəstəxanadan buraxılıb. BrendSport.az TASS agentliyinə istinadla xəbər verir ki, tibbi müəssisənin rəhbəri Migel Sendoroqlo və keçmiş futbolçunu müalicə edən həkimlər tərəfindən imzalanmış sənəddə deyilir: “Pasiyent Edson Arantis du Nasimentu (Pelenin tam adı belədir - TASS) bu gün xəstəxanadan evə yazılıb”. Futbol kralı aprelin 9-da Parisdən qayıdandan dərhal sonra klinikaya daxil olub. Bundan əvvəl Pele sidik yollarının kəskin infeksiyası ilə əlaqədar Parisdə bir neçə gün ərzində antibiotiklərlə müalicə kursu keçib. Həkimləri təşvişə salan bu olub ki, 78 yaşlı futbolçunun bir böyrəyi yoxdur. Futbol üzrə yeganə üçqat dünya çempionu (1958, 1962, 1970) olan Pele Braziliya yığmasının heyətində keçirdiyi 92 oyunda 77 qol vurub. Beynəlxalq Futbol Federasiyasının versiyasına görə, argentinalı Diyeqo Maradona ilə yanaşı Pele də XX əsrin ən yaxşı futbolçusudur. Hücumçu Braziliyanın “Santos” (1956-1974) və Amerikanın “Nyu-York Kosmos” komandalarının heyətində çıxış edib. İdman karyerası ərzində 1279 qol vurmuş Pelenin adı bu göstəriciyə görə Ginnesin Rekordlar Kitabına düşüb. Geri qayıt |