Əsas Səhifə > Dünya idmanı > Mik Şumaxer Almaniya Qran-Prisinin sınaq yürüşlərində iştirak edəcək

Mik Şumaxer Almaniya Qran-Prisinin sınaq yürüşlərində iştirak edəcək


10-04-2019, 07:39
Mik Şumaxer Almaniya Qran-Prisinin sınaq yürüşlərində iştirak edəcək
“Ferrari” yürüş akademiyasının pilotu, əfsanəvi yürüşçü Mixael Şumaxerin oğlu Mik Şumaxer “Ferrari” motoru ilə işləyən bolidlərdən birinin sükanı arxasında iyulda keçiriləcək Almaniya Qran-Prisinin sınaq yürüşlərində iştirak edəcək.

BrendSport.az “Express.de” saytına istinadla xəbər verir ki, “Xokkenhaymrinq” trasının marketinq şöbəsinin nümayəndəsi Yorn Teske artıq bu ideyanı dəstəkləyib. O bildirib ki, Mikin sınaq yürüşlərində iştirakı Formula 1-in alman pərəstişkarları üçün parlaq hadisə olacaq.
Mik Şumaxer Bəhreyn Qran-Prisində iki gün ərzində sınaqlarda iştirak edib. O vaxt pilot ilk dəfə müasir Formula 1 bolidinin sükanı arxasına keçib. Şumaxer ilk gün “Ferrari”nin, ertəsi gün isə “Alfa Romeo”nun bolidlərini idarə edib.
Pilot bildirib ki, növbəti dəfə Formula 1 bolidinin sükanı arxasına keçəcəyi vaxtı bilmir. O qeyd edib ki, hazırda bütün diqqətini Formula 2 yarışlarına yönəldib.
Geri qayıt