Əsas Səhifə > Dünya idmanı > Türkiyə Superliqası: “Trabzonspor” “Antalyaspor”u məğlub edib

Türkiyə Superliqası: “Trabzonspor” “Antalyaspor”u məğlub edib


6-04-2019, 11:14



Aprelin 5-də futbol üzrə Türkiyə Superliqasının XXVII turunun ilk görüşündə “Trabzonspor” doğma meydanda “Antalyaspor”u qəbul edib.

BrendSport.az xəbər verir ki, “Medikal Park Arena”da reallaşan görüş hər iki tərəfin qarşılıqlı hücumları ilə yadda qalıb. Görüşün 9-cu dəqiqəsində “Antalyaspor”un hücumçusu Suleyman Doukara hesabı açıb. Lakin meydan sahiblərinin cavab qolu çox da gecikməyib. Antoni Nvakaeme 21-ci dəqiqə hesaba tarazlıq gətirib. Meydan sahibləri bir daha görüşün 58-ci dəqiqəsində fərqləniblər. Caleb Ekuban Trabzon təmsilçisinin ikinci qolunu vurub. Qonağlar 67-ci dəqiqədə bir daha oyuna mərkəzdən başlamağa məcbur oldular. Olcay Sahan meydan sahiblərini iki qolla hesabda önə keçirib. Oyunda son nöqtəni isə 90-cı dəqiqədə “Trabzonspor”un yarımmüdafiəçisi Murat Cem Akpınar qoyub. Beləliklə görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə bitib.

Bu oyundan sonra “Trabzonspor” turnir cədvəlində 46 xalla 4-cü pillədə qərarlaşıb. Antalya təmsilçisi isə 35 xalla 7-ci pilləyə geriləyib.

Türkiyə Superliqasında XXVII turun digər oyunları aprelin 6, 7 və 8-də keçiriləcək. Turun digər qarşılaşmaları isə aşağıdakılardır.

“Alanyaspor”-“Bursaspor”,

“Sivasspor”-“Kayserispor”,

“Qalatasaray”-“Yeni Malatyaspor”,

“Kasımpaşa”- “Ərzurumspor”,

“Göztəpə”- “Akhisar Bələdiyəspor”,

“Fənərbağça”- “Ankaragücü”,

“Başakşəhər”-“Konyaspor”,

“Rizespor”-“Beşiktaş”.
Geri qayıt