Əsas Səhifə > Dünya idmanı > 42 yaşlı hokkeyçi ilə müqavilə bağlandı

42 yaşlı hokkeyçi ilə müqavilə bağlandı


27-03-2019, 11:16


BrendSport.az xəbər verir ki, Milli Hokkey Liqasının komandası "Boston Bryuinz" heyətindəki 42 yaşlı oyunçu ilə müqavilə müddətini uzadıb.
Müdafiəçi Zdena Hara bundan sonra daha 1 il "Boston"un şərəfini qoruyacaq. Bu müddət ərzində slovakiyalı 2 milyon ABŞ dolları maaş alacaq.
Qeyd edək ki, müdafiəçi bu mövsüm 55 görüşdə meydana çıxıb və 11 dəfə fərqlənib.
Geri qayıt