Əsas Səhifə > Dünya idmanı > UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün dörddəbir final mərhələsinin püşkü atılıb
UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün dörddəbir final mərhələsinin püşkü atılıb15-03-2019, 18:02 |
Martın 15-də UEFA-nın İsveçrənin Nion şəhərindəki mənzil-qərargahında futbol üzrə UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün dörddəbir final mərhələsinin püşkü atılıb. BrendSport.az xəbər verir ki, püşkün nəticələrinə əsasən, dörddəbir finalda aşağıdakı oyunlar keçiriləcək: “Ayaks” (Hollandiya) - “Yuventus” (İtaliya); “Liverpul” (İngiltərə) - “Portu” (Portuqaliya); “Tottenhem” (İngiltərə) - “Mançester Siti” (İngiltərə); “Barselona” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə). Dörddəbir final mərhələsinin ilk oyunları aprelin 10-11-də oynanılacaq. Cavab qarşılaşmaları isə aprelin 16-17-də keçiriləcək. Xatırladaq ki, UEFA Çempionlar Liqasının final matçı “Atletiko Madrid” klubunun ev oyunlarını keçirdiyi “Metropolitano” stadionunda oynanılacaq. Geri qayıt |