Əsas Səhifə > Dünya idmanı > “Roma” baş məşqçisi Eusebio Di Françeskonu istefaya göndərib
“Roma” baş məşqçisi Eusebio Di Françeskonu istefaya göndərib8-03-2019, 10:15 |
İtaliyanın “Roma” klubu baş məşqçi Eusebio Di Françesko ilə yollarını ayırıb. BrendSport.az klubun saytına istinadla xəbər verir ki, bu qərar komandanın Portuqaliyada “Portu”ya 1:3 hesabı ilə uduzduğu UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin cavab görüşündən sonra qəbul olunub. Həmin məğlubiyyətdən sonra paytaxt təmsilçisi turnirdə mübarizəsini dayandırıb, baş məşqçi isə mətbuat konfransına qatılmayıb. UEFA-nın 50 yaşlı mütəxəssisi cərimələyəcəyi bildirilir. Qeyd edək ki, Eusebio Di Françesko 2017-ci ildən “Roma”nın baş məşqçisi vəzifəsində çalışır. İtalyan mütəxəssis paytaxt təmsilçisi ilə ən yaxşı nailiyyəti UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə yüksəlməsi olub. Hazırda “Roma” İtaliya A Seriyasında 26 oyundan 44 xalla 5-ci pillədə qərarlaşıb və 4-cü yerdəki “İnter”dən 3 xal geri qalır. Geri qayıt |