Əsas Səhifə > Dünya idmanı > El klassiko: “Barselona” “Real Madrid”i səfərdə minimal hesabla məğlub edib

El klassiko: “Barselona” “Real Madrid”i səfərdə minimal hesabla məğlub edib


3-03-2019, 10:45
El klassiko: “Barselona” “Real Madrid”i səfərdə minimal hesabla məğlub edib
Martın 2-də İspaniya La Liqasında 26-cı turun mərkəzi qarşılaşması keçirilib.

BrendSport.az xəbər verir ki, “Real Madrid” klubu “Santiaqo Bernabeu” stadionunda əzəli rəqibi “Barselona” komandasını qəbul edib.
Görüş Kataloniya təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0.
Oyunda yeganə qol matçın 26-cı dəqiqəsində vurulub. İvan Rakitiç adını tabloya yazdırıb. Bu qələbə sayəsində “Barselona” xallarının sayını 60 çatdıraraq çempionluq yolunda önəmli atdım atıb. “Real Madrid” isə 48 xalla üçüncü yerdə qərarlaşıb.
Qeyd edək ki, bu, La Liqada 178-ci “El klassiko” olub. İndiyədək keçirilən görüşlərin 72-də “Real Madrid”, 71-də isə “Barselona” qalib gəlib. Otuz dörd oyun heç-heçə başa çatıb. “Barselona” birinci dövrədə (10-cu tur) matçda rəqibini böyük hesabla məğlub etmişdi - 5:1. Ernesto Valverdenin rəhbərlik etdiyi kollektiv fevralın 28-də “Real Madrid”i İspaniya Kral kubokunun yarımfinalında iki görüşün nəticəsinə əsasən üstələyərək finala vəsiqə qazanıb.
Turun digər oyunlarında nəticələr belə olub:
“Espanyol” – “Real Valladolid” – 3:1;
“Villyareal” – “Deportivo Alaves” – 1:2;
“Hueska” – “Sevilya” – 2:1.
Geri qayıt