Əsas Səhifə > Dünya idmanı > Futbol üzrə Türkiyə Kubokunun sonuncu yarımfinalçısı da müəyyənləşib
Futbol üzrə Türkiyə Kubokunun sonuncu yarımfinalçısı da müəyyənləşib1-03-2019, 21:10 |
Futbol üzrə Türkiyə Kubokunun dörddəbir final mərhələsinin sonuncu yarımfinalçısı da müəyyənləşib. BrendSport.az xəbər verir ki, Türkiyə Kubokunun sonuncu qalibi “Akhisar Bələdiyəspor” komandası cavab qarşılaşmasında səfərdə “Kasımpaşa”nı 2:1 hesabı ilə məğlubiyyətə uğradıb. “Rəcəb Tayib Ərdoğan” stadionunda keçirilən görüşün 18-ci dəqiqəsində “Akhisar Bələdiyəspor”un hücumçusu Helder Barbosa hesabı açıb – 1:0. Meydan sahibləri 37-ci dəqiqədə Benqali Fode Koitanın vurduğu qolla hesabı bərabərləşdiriblər – 1:1. Matçın 84-cü dəqiqəsində Sergino “Akhisar Bələdiyəspor”un qələbə qolunu vurub – 2:1. İlk oyunda da qalib gələn (3:1) “Akhisar Bələdiyəspor” klubu “Qalatasaray”, “Yeni Malatyaspor” və “Ümraniyəspor”dan sonra yarımfinala yüksəlib. “Akhisar Bələdiyəspor” yarımfinalda “Ümraniyəspor”la qarşılaşacaq. “Qalatasaray” isə “Yeni Malatyaspor” komandası ilə üz-üzə gələcək. Ziraat Türkiyə Kubokunun yarımfinal mərhələsinin görüşləri aprelin 2-də, 3-də və ya 4-də, cavab görüşləri isə həmin ayın 23-də, 24-də və ya 25-də oynanılacaq. Final matçı isə mayın 16-da Sivasda keçiriləcək. Geri qayıt |