Əsas Səhifə > Dünya idmanı > Qətərdə keçiriləcək dünya çempionatına 263 mindən çox könüllü müraciət edib
Qətərdə keçiriləcək dünya çempionatına 263 mindən çox könüllü müraciət edib24-02-2019, 08:06 |
2022-ci ildə Qətərdə təşkil olunacaq futbol üzrə dünya çempionatında 263 mindən çox könüllü qeydiyyatdan keçib. BrendSport.az TASS-a istinadla xəbər verir ki, bunu dünya çempionatının Təşkilat Komitəsinin mətbuat xidməti açıqlayıb. Bildirilib ki, dünya çempionatının könüllülər proqramına qatılmaq üçün müraciətlərin qəbulu davam edir. XXII dünya çempionatının oyunları 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək yeddi şəhərdə - paytaxt Doha ilə yanaşı, Lusail, Əl-Vakr, Əl-Xore, Əl-Rayan, Ümm-Salal və Mədinət-əş-Şamalda keçiriləcək. Qeyd edək ki, Qatar Yaxın Şərqdə futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək ilk ölkə olacaq. Dünya çempionatı ilk dəfə qışda keçiriləcək. Geri qayıt |