Əsas Səhifə > Dünya idmanı > “Fənərbağça”nın sabiq futbolçusu ABŞ klubuna transfer olunub
“Fənərbağça”nın sabiq futbolçusu ABŞ klubuna transfer olunub21-02-2019, 01:18 |
İstanbulun “Fənərbağça” futbol klubunun sabiq hücumçusu Luiş Nani karyerasını ABŞ-da davam etdirəcək. BrendSport.az xəbər verir ki, 32 yaşlı hücumçu Portuqaliyanın “Sportinq” komandasından ABŞ-ın “Orlando Siti” klubuna transfer olunub. Portuqaliyalı hücumçu ilə 2021-ci ilədək müqavilə imzalanıb. Nani karyerasının debütünü 2005-ci ildə “Sportinq”də edib. Hücumçu Avropanın tanınmış klublarından “Mançester Yunayted”, “Valensiya” və “Latsio”nun formasını geyinib. Qeyd edək ki, futbolçu cari mövsümdə “Sportinq”in heyətində iştirak etdiyi 24 oyunda 8 dəfə fərqlənib. Geri qayıt |