Əsas Səhifə > Dünya idmanı > Bu gün UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin daha iki oyunu keçiriləcək

Bu gün UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin daha iki oyunu keçiriləcək


21-02-2019, 01:06
Bu gün UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin daha iki oyunu keçiriləcək
Fevralın 19-da UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin növbəti oyunları keçiriləcək.

BrendSport.az xəbər verir ki, günün mərkəzi qarşılaşması “Anfild” stadionunda baş tutacaq. “Liverpul” doğma azarkeşlər önündə Almaniyanın “Bavariya” komandası ilə üz-üzə gələcək. Bu komandalar UEFA Çempionlar Liqasında iki dəfə qarşılaşıblar. Hər iki görüş heç-heçə başa çatıb.
Komandalar bu görüşə itkilərlə çıxacaq. “Liverpul”un heyətində müdafiəçi Virgil van Diyk cəzalı, Co Qomes və Aleks Oksleyd Çemberleyn isə zədəli olduqlarından meydana çıxa bilməyəcəklər. Bundan başqa, Deyan Lovren, Cerdan Şaqiri və Roberto Firminonun qarşılaşmada iştirakı sual altındadır.
Almaniya təmsilçisi də bəzi aparıcı oyunçuların yoxluğundan istifadə edə bilməyəcək. Komandanın baş məşqçisi Niko Kovaç zədəli Jerom Boatenqin və Korenten Tolissonun, eləcə də cəzalı Tomas Müllerin xidmətlərindən yararlana bilməyəcək. Arien Robben və Kinqsli Komanın görüşdə iştirakları tam müəyyənləşməyib.
Günün digər qarşılaşması Fransada oynanılacaq. “Barselona” səfərdə “Olimpik Lion” ilə üz-üzə gələcək. Meydan sahiblərinin əsas hücumçusu Nabil Fekir cəzalı olduğu üçün bu oyunu buraxacaq. Fransızların heyətində müdafiəçi Ceyson Denayer və yarımmüdafiəçi Tanqi Ndombelenin meydana çıxıb-çıxmayacaqları oyun vaxtı bəlli olacaq.
Kataloniya təmsilçisinin heyətində isə qapıçı Yasper Sillessen, müdafiəçi Tomas Vermaelen və yarımmüdafiəçi Artur Melo zədəlidir.
Bu komandalar arasında cavab görüşləri martın 13-də keçiriləcək.
Geri qayıt