Əsas Səhifə > Dünya idmanı > Türkiyə Superliqası: “Başakşəhər” liderliyini möhkəmləndirib
Türkiyə Superliqası: “Başakşəhər” liderliyini möhkəmləndirib19-02-2019, 09:40 |
Fevralın 18-də futbol üzrə Türkiyə Superliqasının XXII turuna yekun vurub. BrendSport.az xəbər verir ki, səfərdə “Antalyaspor”la qarşılaşan lider “Başakşəhər” rəqibini minimal hesabla məğlubiyyətə uğradıb (0:1). Qonaq komandanın yeganə qoluna 33-cü dəqiqədə Fyodor Kudryaşov imza atıb. Bu qələbə sayəsində “Başakşəhər” xallarının sayını 48-ə çatdıraraq turnir cədvəlində liderliyini qoruyub. “Antalyaspor” isə 29 xalla 9-cu pillədə qərarlaşıb. Qeyd edək ki, “Qalatasaray” 42 xalla ikinci, “Beşiktaş” isə 39 xalla üçüncü pillədə qərarlaşıblar. Geri qayıt |