Əsas Səhifə > Dünya idmanı > Neymar PSJ-də nə qədər maaş alır?

Neymar PSJ-də nə qədər maaş alır?


24-09-2017, 12:18


PSJ-nin futbolçusu Neymarın Fransa klubundakı maaşının məbləği müəyyənləşib.

Xarici KİV-nin yaydığı xəbərə görə, 25 yaşlı hücumçu yeni klubunda ayına 3 milyon 100 min avro alır. Bu isə o deməkdir ki, braziliyalı oyunçu gündəlik 100 min avro qazanır.

Xəbərdə o da qeyd olunub ki, Fransanın paytaxtı Parisdən 9 km məsafədə yerləşən iqamətgahda yaşayan Neymarən evinin gündəlik kirayəsi 14 min avrodur.

Qeyd edək ki, Neymar bu yay "Barselona"dan PSJ-yə 222 milyon avroya transfer olunub.
Geri qayıt