Əsas Səhifə > Dünya idmanı > Formula 1 “Williams” komandası fevralın 11-də yeni titullu sponsorunun adını elan edəcək
Formula 1 “Williams” komandası fevralın 11-də yeni titullu sponsorunun adını elan edəcək9-02-2019, 03:39 |
Fevralın 11-də Formula 1-in “Williams” komandası öz bolidinin yeni livreyasını nümayiş etdirəcək. BrendSport.az “Autosport”a istinadla xəbər verir ki, məhz həmin gün Qrouvedə yeni titullu sponsorun da adı elan olunacaq. Ötən mövsüm “Williams” üçün “Martini” brendi ilə əməkdaşlıqda sonuncu olduğundan komandanın titullu sponsorunun yeri boş qalıb. Daha əvvəl ehtimal var idi ki, komandanın sponsoru “Rich Energy” olacaq. Lakin komanda son nəticədə “Haas”la tərəfdaşlığı seçib. 2019-cu ildə Formula 1-də mühüm tarixlər 7 fevral – “Haas”ın yeni livreyası və bolidinin təqdimatı 11 fevral – “Toro Rosso”nun bolidinin təqdimatı, “Williams”ın livreyasının təqdimatı 12 fevral – “Renault”un bolidinin təqdimatı 13 fevral – “Mercedes”, “Red Bull” və “Racing Point”in (ehtimal ki, yalnız livreyanın) təqdimatları 14 fevral – “McLaren” bolidinin təqdimatı 15 fevral – “Ferrari” bolidinin təqdimatı 18 fevral – “Alfa Romeo” bolidinin təqdimatı 18-21 fevral - birinci mövsümqabağı testlər 26 fevral-1 mart – ikinci mövsümqabağı testlər. Geri qayıt |