Əsas Səhifə > Dünya idmanı > İlin ən yaxşı futbolçusu adına 3 namizəd

İlin ən yaxşı futbolçusu adına 3 namizəd


22-09-2017, 23:45


2017-ci ilin ən yaxşı futbolçusu adına namizəd olan 3 futbolçunun adı açıqlanıb.

FİFA-nın rəsmi Tvitter səhifəsində yayılan xəbərə görə, bunlar Kriştiano Ronaldo ("Real", Portuqaliya), Lionel Messi ("Barselona", Argentina) və Neymardır (PSJ, Braziliya).

İlin ən yaxşı futbolçusunun adı oktyabrın 23-də açıqlanacaq. Londonda keçiriləcək mükafatlandırma mərasimində digər naminasiyalar üzrə qaliblər də elan ediləcək.
Geri qayıt