Əsas Səhifə > Dünya idmanı > Neymar UEFA Çempionlar Liqasının səkkizdəbir finalında meydana çıxmaya bilər

Neymar UEFA Çempionlar Liqasının səkkizdəbir finalında meydana çıxmaya bilər


24-01-2019, 22:14


“Paris Sen-Jermen” klubunun braziliyalı hücumçusu Neymar komandasının UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsi çərçivəsində fevralın 12-də “Mançester Yunayted” ilə görüşündə meydana çıxmaya bilər.

BrendSport.az klubun saytına istinadla xəbər verir ki, buna səbəb 26 yaşlı hücumçunun Fransa kuboku uğrunda turnirin onaltıdabir final mərhələsində parislilərin “Strasburq”a qalib gəldiyi (2:0) oyunda zədələnməsidir. Həkimlər Neymarın azı 20 gün forma geyə bilməyəcəyini bildirirlər.

Bu itki komandanın baş məşqçisi Tomas Tüxeli ciddi narahat edib. Almaniyalı 45 yaşlı mütəxəssis bu barədə deyib: “Aparılan ilkin müayinələr zamanı Neymarın sağ ayağının sümüyü zədələnib. Həkimlərimiz Neymarın sağalması üçün əllərindən gələni edəcəklər”.

Xatırladaq ki, hücumçu cari mövsümdə “Paris Sen-Jermen”in heyətində 23 oyunda 20 qol vurub.
Geri qayıt