Əsas Səhifə > Dünya idmanı > “Australian Open-2019”: Naomi Osaka və Karolina Pliskova yarımfinal mərhələsinə vəsiqə qazanıblar

“Australian Open-2019”: Naomi Osaka və Karolina Pliskova yarımfinal mərhələsinə vəsiqə qazanıblar


23-01-2019, 09:38


Qadınlar arasında “Australian Open-2019” turnirinin dörddəbir final mərhələsinin iki qarşılaşması keçirilib.

BrendSport.az verir ki, ilk olaraq tennis kortuna yaponiyalı Naomi Osaka və ukraynalı Elina Svetolina çıxıb. Bir saat on dəqiqə davam edən qarşılaşma N.Osakanın qələbəsi ilə başa çatıb (6:4, 6:1). Bu tennisçilər altıncı dəfə bir-biri ilə üz-üzə gəlirlər. Hər iki idmançı üç dəfə qalib gəlib. N.Osaka 25 il ərzində yeganə Yaponiya idmançısı olub ki, “Australian Open” turnirin yarımfinal mərhələsinə vəsiqə qazanır.

Digər dörddəbir final mərhələsində Serena Vilyams (ABŞ) Karolina Pliskova (Çexiya) ilə qarşılaşıb. Gərgin keçən görüş Karolinanın (6:4, 4:6, 7:5) çətin qələbəsi ilə başa çatıb.

Beləliklə, qadınlar arasında “Australian Open-2019” turnirinin ilk yarımfinal mərhələsində Naomi Osaka və Karolona Pliskova üz-üzə gələcək.

Qeyd edək ki, “Australian Open” “Böyük dəbilqə” seriyasının 2019-cu ildəki ilk turniridir. Turnirin ümumi mükafat fondu 44,5 milyon dollardır.

Turnirə yanvarın 29-da yekun vurulacaq.
Geri qayıt