Əsas Səhifə > Dünya idmanı > İtən futbolçunun klubu yeni açıqlama yaydı

İtən futbolçunun klubu yeni açıqlama yaydı


22-01-2019, 23:26


Avropa futbolu Emiliano Sala xəbəri ilə çalxalanmağa davam edir.

BrendSport.az xəbər verir ki, artıq futbolçunu yeni klubu “Kardiff Siti” də məşqləri təxirə salıb.

Bu barədə İngiltərə təmsilçisinin icraçı direktoru Ken Çu açıqlama verib. O, hadisədən olduqca mütəəssir olduqlarını deyib:

“Təyyarənin itməsi xəbəri bizə çox pis təsir edib. Gözləyirdik Emiliano bazar ertəsi axşamı Kardiffə gələcək və bu gün bizimlə ilk məşqə çıxacaq. Amma hadisələri bilirsiniz. Bu gün səhər qərara aldıq ki, bütün məşqləri təxirə salaq. Klubun bütün əməkdaşları, futbolçuları, texniki heyəti azarkeşlərə dəstəyə təşəkkür edir. Ümidimizi itirmirik və dua edirik ki, tezliklə xoş xəbər alacağıq”.

Qeyd edək ki, oyunçu yeni klubu ilə 2022-ci ilə kimi anlaşmışdı.
Geri qayıt