Əsas Səhifə > Dünya idmanı > “Mançester Yunayted”dən 4 illik müqavilə

“Mançester Yunayted”dən 4 illik müqavilə


22-01-2019, 10:00


“Mançester Yunayted” futbolçusu Skott Maktomineyin müqaviləsinin müddətini uzadıb.


BrendSport.az xəbər verir ki, “qırmızı şeytanlar” 22 yaşlı yarımmüdafiəçiylə müddəti 2023-cü ilə qədər olan yeni sözləşmə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Mançester Yunayted” yetirməsi olan Maktominey cari mövsümdə 8 qarşılaşmada iştirak edib.
Geri qayıt