Əsas Səhifə > Dünya idmanı > İtaliya A Seriyasında 20-ci tura yekun vurulub

İtaliya A Seriyasında 20-ci tura yekun vurulub


22-01-2019, 07:30


İtaliya A Seriyasında XX turun oyunlarına yekun vurulub.

BrendSport.az xəbər verir ki, turun son oyununda lider “Yuventus” turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan “Kyevo”nu sınağa çəkib. Matç meydan sahiblərinin 3:0 hesablı inamlı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin heyətində Duqlas Kosta, Əmrə Can və Daniele Ruqani fərqləniblər.

Beləliklə, “Yuventus” bu qələbədən sonra xallarının sayını 56-ya yüksəldərək liderliyini davam etdirir.
Geri qayıt