Əsas Səhifə > Dünya idmanı > “Liverpul” Aleksandr Arnold ilə müqavilə müddətini uzadıb

“Liverpul” Aleksandr Arnold ilə müqavilə müddətini uzadıb


21-01-2019, 08:50


İngiltərənin “Liverpul” futbol klubu, müdafiəçisi Trent Aleksandr Arnold ilə yenidən müqavilə bağlayıb.

BrendSport.az klubun saytına istinadla xəbər verir ki, klub 20 yaşlı ingilis müdafiəçisi ilə 5 illik müqavilə imzalayıb.

Arnold karyerasının debütünü etdiyi “Liverpul”da cari mövsümdə 22 oyunda bir qol vurub. Müdafiəçi, həmçinin 2018-ci ildə ilk dəfə İngiltərə millisinin heyətində beş oyun keçirib və bir qol vurub.
Geri qayıt