Əsas Səhifə > Dünya idmanı > "Real Madrid" "Sevilya"nın qapısından iki cavabsız top keçirib
"Real Madrid" "Sevilya"nın qapısından iki cavabsız top keçirib20-01-2019, 01:05 |
Yanvarın 19-da İspaniya La Liqasında 20-ci turun növbəti oyunları keçirilib. BrendSport.az verir ki, turun maraq doğuran oyunu "Santiaqo Bernabeo" stadionunda oynanılıb. Turnir cədvəlində dördüncü yerdə qərarlaşan "Real Madrid" cari mövsüm uğurlu oyun sərgiləyən və hazırda üçüncü yerdə olan "Sevilya" klubunu qəbul edib. Görüş "kral" klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Madridlilərin heyətində Kazemiro (78) və Luka Modriç (90) fərqləniblər. Geri qayıt |