Əsas Səhifə > Dünya idmanı > “Mançester Siti” UEFA-ya izahat verməkdən imtina edib

“Mançester Siti” UEFA-ya izahat verməkdən imtina edib


17-01-2019, 22:38


İngiltərənin “Mançester Siti” futbol klubu maliyyə feyr-pley qaydalarının pozulması ilə bağlı UEFA-ya izahat verməkdən imtina edib.

BrendSport.az xəbər verir ki, bundan əvvəl alman “Der Spiegel” nəşri ingilis klubunun 2013-2015-ci illərdə maliyyə fırıldaqları barədə informasiya dərc edib. “Mançester Siti” bu məlumatın dəqiqliyini təkzib etməsə də, ittihamların hakerlər tərəfindən oğurlanmış informasiyalara əsaslandığını bəyan edib. Ona görə də klub UEFA-nın vəziyyəti aydınlaşdırmaqla əlaqədar sorğusuna cavab verməyib.

Bundan başqa, “Der Spiegel” nəşrinin özünü Con adlandıran və adının gizli qalmasını istəyən portuqaliyalı bir nəfərin informasiyasından istifadə etdiyi qeyd olunur. Bu ərəfədə Budapeştdə “Football Leaks” saytı üçün işləyən Rui Pintu adında portuqaliyalı hakerin saxlanıldığı da məlum olub.

Bütün bunlardan sonra UEFA “Mançester Siti” haqqında təhqiqata başlaya bilər.
Geri qayıt