Əsas Səhifə > Dünya idmanı > Portuqaliyanın “Benfika” klubunun yeni baş məşqçisi məlum olub.

Portuqaliyanın “Benfika” klubunun yeni baş məşqçisi məlum olub.


15-01-2019, 20:20





BrendSport.az xəbər verir ki, komandanın “sükan”ı Bruno Lageyə tapşırılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Lageylə mövsümün sonuna qədər müqavilə imzalanıb.
42 yaşlı mütəxəssis 2018-ci ilin yayından “Benfika”nın B komandasında baş məşqçilik edirdi.

"Benfika"nın cari mövsümdə uğursuz çıxışından sonra, baş məşqçi Rui Vitoriya yanvarın 3-də vəzifəsindən göndərilmişdi.
Geri qayıt